Gündəlik istifadə olunan divan, kreslo və stul kimi mebellər yüksək kirlənmə riskinə malikdir. Digər əşyalar kimi, yumşaq mebellərin də mütəmadi olaraq təmizlənməsi vacibdir. Vaxtında təmizlənməyən mebellər bakteriyalar üçün əlverişli mühit yaradır, eyni zamanda çirk və ləkələr onların rəngini solduraraq köhnə və baxımsız görünüş verir.
Total Service Təmizlik Xidməti ilə yumşaq mebellərinizi yenisi ilə əvəz etməyə ehtiyac qalmayacaq. Xüsusi peşəkar avadanlıqlar və yumşaq mebel üçün nəzərdə tutulmuş keyfiyyətli təmizləyici vasitələrdən istifadə edərək mebelləriniz dərinləşdirilmiş şəkildə təmizlənir və ilk günkü təravətini geri qaytarır.
Sifariş zamanı:
Mebeldəki ləkələr xüsusi ləkəçıxarıcı maddələrlə təmizlənir
Səthlər fırça vasitəsilə diqqətlə işlənir
Təmizləmə sonrası mebeldə qalan su güclü vakuum aparatları ilə tam çəkilir
Nəticədə mebelləriniz həm gigiyenik, həm də təzə və baxımlı görünüş əldə edir.
Divan və kresloların kimyəvi təmizlənməsi
Dəri örtüklü mebellərin kimyəvi təmizlənməsi
Yumşaq stulların kimyəvi təmizlənməsi
Pufiklərin kimyəvi təmizlənməsi
Matrasların kimyəvi təmizlənməsi
Kovrolinin yuyulması